DJ VUGAR

Scroll
DJ VUGAR

Vüqar Abdulzadə

Vüqar Abdulzadə 1996-cı ildə Biləsuvar şəhərində anadan olub. Musiqiyə olan marağı erkən yaşlarından formalaşaraq, 2007-ci ildə Bakı şəhərində yerləşən 3 nömrəli Uşaq İncəsənət Məktəbində piano və sintezator üzrə təhsil alması ilə daha da inkişaf edib. Bu dövrdə qazandığı bilik və bacarıqlar onun gələcək musiqi fəaliyyətinin əsasını təşkil edib.

2015-ci ildən etibarən musiqi ilə daha peşəkar şəkildə məşğul olmağa başlayan Vüqar, müxtəlif janrlarda uğurlu mixlər, mash-up layihələri və kreativ performanslar ərsəyə gətirib, özünəməxsus musiqi üslubunu formalaşdırıb.

2021-ci ildən DJ fəaliyyətinə başlayan Vüqar Abdulzadə, qısa müddət ərzində enerjili çıxışları və səhnə performansları ilə fərqlənərək müxtəlif tədbir və şoularda iştirak edib, dinləyicilərin rəğbətini qazanıb. Onun çıxışları güclü enerji, düzgün musiqi seçimi və auditoriya ilə qurduğu canlı əlaqə ilə seçilir.

DJ fəaliyyətindən əlavə, o, Azərbaycan Dövlət Pedaqoji Universiteti (Fiziki tərbiyə müəllimliyi ixtisası) məzunudur. Eyni zamanda ingilis dili biliklərinə malikdir.

Əlaqə Saxlayın

@djvugar

Profilə Get →